<?xml version="1.0" encoding="UTF-8"?><song><hymn_number>217</hymn_number>
<lyrics>[V1]
 Azaddır Yerusəlim, o pak, Müqəddəs diyar,
 Azaddır Yerusəlim, əbədi məskənimiz.
 Tövbə edərək alın tez vəsiqəni ora siz,
 Tanrı sizi çağırır, «Vaxta az qalıb»,- deyir.

[V2]
 «Xəzinəni yerdə yox, Göylərdə topla, - deyir,
 Çün xəzinən hardasa, ürəyin orda», - deyir.
 O gün yaxındır, bilin, oğru kimi gələcək,
 Haqlayacaqdır səni əməllərin üstündə.

[V3]
 Tövbə et, imana gəl, vaxta az qalıb, deyir,
 Tövbə et, həlak olma, qurtuluş vaxtı gəlib.
 Bəxtiyar o kəslərdir ki, daim ibadətdədir,
 İmanda və əməldə daim həqiqətdədir.</lyrics>
<title>Azaddır Yerusəlim, o pak, Müqəddəs diyar İL217</title>
</song>